Sarkisyan: Azərbaycan deyir və edir
“Avropalı müşahidəçilər getməyənə kimi, heç bir demarkasiya olmayacaq”.
Hurriyyet.az xəbər verir ki, bunu politoloq Manvel Sarkisyan deyib.
Onun sözlərinə görə, müşahidəçilərlə bağlı Azərbaycanın böyük strategiyası var. “Bakı onların geri çəkilməsini və sərhəddən uzaq durmasını istəyir. Çünki onların gedişata zərər vurduqlarını bilir”.
“Azərbaycan, Əliyevin təbirincə desək, yeni reallıq yaratmaq strategiyasını həyata keçirən addımlar atır” deyən ekspert vurğulayıb ki, COP29-da bunun tam açıqlaması verilib. “COP29-da Əliyev aydın şəkildə dedi: biz qərar verməliyik ki, Ermənistan olacaq, ya yox. Ermənistan özünün dediyi kimi, Azərbaycanın bütün “ədalətli” şərtlərini qəbul etməlidir ki, Azərbaycan Ermənistanın mövcudluğuna razı olsun”.
Sarkisyan onu da qeyd edib ki, Azərbaycan heç vaxt boş yerə söz deməyib. “Azərbaycan heç vaxt boş söz işlətmir. Biz bunu Qarabağ məsələləsində də gördük. Dedilər və elədilər. Ona görə də, Bakının dediklərini əhəmiyyətsiz hesab etməməliyik”.
Erməni politoloq sonda onu da deyib ki, başqa çıxış yolları qalmayıb. “Hakimiyyət deyir ki, Azərbaycanın bütün şərtlərini qəbul etmək lazımdır. Bəlkə də bu kömək etməyəcək, amma başqa çıxış yolu yoxdur. Yəni kapitulyasiyada müəyyən təminat görürlər”./Tribunainfo.az\