Sarkisyan axtarışa verilib
2023-02-16 13:38:00

Hurriyyet.az xəbər verir ki, Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan axtarışa verilib. “Armenia Today” nəşrinin yazdığına görə, bu barədə məlumatı Ermənistanın Baş Prokurorluğu verib.
Xəbər verdiyimiz kimi, keçmiş müdafiə naziri 2016-2018-ci illərdə vəzifəsindən sui-istifadə eləməkdə ittiham edilir.
Vigen Sarkisyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın yaxın ətrafından olub. 2018-ci ildə hökumət dəyişikliyindən sonra istefa verərək Amerikaya köçüb
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya