Sarıgül: "Yunanistanı tüpürcəyimizlə boğarıq"

2022-09-06 23:54:00

Sarıgül:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanistana etdiyi xəbərdarlıqdan sonra qardaş ölkənin Türkiyə Dəyişim Partiyasının sədri Mustafa Sarıgül də yunanlarla bağlı kəskin danışıb.

O, partiyasının həftəlik mətbuat konfransında çıxışı zamanı deyib ki, partiyalar arasında daxili siyasətdə fikir ayrılıqları olsa da, mövzu torpaq və bayraq kimi ortaq məxrəclərdə Türkiyə tək yumruqdur.

Yunanistanı Avropanın "ərköyün uşağı" adlandıran türk müxalif lider vurğulayıb ki, Yunanıstan Türkiyə ilə bağlı oyun oynamağa çalışır:

"Yunanıstan bilməlidir ki, daxili syasətdə digər siyasi partiyalarla zaman-zaman fikir ayrılıqları yaşaya bilərik, amma xarici siyasətdə bayrağımıza və torpağımıza gəlincə, birləşirik. Bütün iqtidar və müxalifət birləşib Yunanıstanı tüpürcəyimizlə boğarıq. Prezidentlə daxili siyasət, sistem, demokratikləşmə, parlament sistemi kimi bir çox mövzuda fikir ayrılıqlarımız var. Amma bilməlisiniz ki, xarici siyasətə gəldikdə biz TDP olaraq hökumətin attığı hər addımı dəstəkləyirik". \\Publika


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059330