Sarı vərəqə qapıçıya deyil, ona verilibmiş - “CBC Sport” üzr istədi - YENİLƏNİB

“CBC Sport” “Turan Tovuz” “Səbail” qarşılaşması ilə bağlı açıqlama yayıb.
Görüşünün 45-ci dəqiqəsində sarı vərəqə qapıçı Sergey Samoka deyil, “Səbail”in üzvü Süleyman Alluşa göstərilib:
“Texniki xəta səbəbindən sarı vərəqənin efirimizdə “Turan-Tovuz”un qapıçısı Sergey Samoka göstərildiyi qeyd edilib. Nəticədə ikinci hissədə Sergey Samok sarı vərəqə alarkən bu da tamaşaçılar və azarkeşlərin haqlı çaşqınlığına səbəb olub.
Texniki səhv nəticəsində yaranan anlaşmazlığa görə futbol ictimaiyyəti və azarkeşlərdən üzr istəyirik”. \\Ölkə.az
***
Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində baş tutmuş "Turan Tovuz" "Səbail" qarşılaşmasında (1:1) maraqlı anlar yaşanıb.
"Turan-Tovuz"un qapıçısı Sergey Samok "Səbail" ilə matçın 44-cü və 90+3-cü dəqiqələrində sarı vərəqə alıb.
Lakin baş hakim Tural Qurbanov Samoka qırmızı verəqə göstərməyib və qolkioper matçın sonuna qədər meydanda qalıb. \\Ölkə.az
