Saat:23:32
Haqqımızda

Saqqal haqqında ballada - ALLAHVERDİ EMİNOV YAZIR

2024-09-03 14:51:35

Saqqal haqqında ballada - ALLAHVERDİ EMİNOV YAZIR

Saqqal buraxmağın tarixi e.əvvəl yaşamış insanlara gedib çıxır. Bu qənaətə yer­üstü abidələrə həkk olunmuş rəsmlərdən, rəssamların naturadan çəkdiyi şə­kil­lər­dən və s. gəlirik. Adətən, müdrik insanlar: filosoflar, şairlər, xüsusilə, din xa­dim­ləri saqqal saxlamışlar. Beləliklə, saqqal əsrlərlə dəbə minmişdir. Hətta Orta əsr­lər­də də bu adət qüvvəsini saxlamışdır. Sual çıxır: “Saqqallı müdriklər” hansı zə­ru­rətdən üzlərinə ülgüc çəkdirməmişlər? Bəlkə ülgüc ixtira olunmamışdır? Sual­la­ra dəqiq cavab vermək çətindir. Bəlli olan odur ki, saqqal dövrdən-dövrə adla­mış, yaşlı adamlar üçün vacib şərt olmuşdur. Əsrimizə çatan ziyalılarımız da saq­qal buraxmışlar.

Bir sual yaranır: “Saqqal bu insanları narahat etmişmi?”

Saqqal təbii olaraq üzü (sifəti) “incitməyə” bilməz, ona görə ki, insanın də­ri­si nazikdir. Amerika yazıçısı Mark Tvenin kəlamıdır: “İnsan yeganə məxluqdur onun üzü qızara bilir”, adi zərbədən qaşınır, narahatçılıq yaradır. Əsrimizdə hətta ye­ni­yetmələr, cavanlar saqqal buraxmağa güclü həvəs göstərirlər, özü də kor – ko­ra­nə. Mən dəfələrlə soruşmuşam ki, nə üçün saqqal saxlayırsan? Cavab almışam: “– Hamı buraxır, mən də elə. Mənasını bilmirəm”. Demək, cavanlar kor – koranə saqqala həvəslidirlər, fərqinə varmırlar!

Saqqal əslində kişinin sərbəst, rahat nəfəs alması üçün maneədir, qaşınma ve­rir, yaşlaşdırır, zahiri cəhətdən müsbət emosiya doğurmur. Saqqal var – saya de­yil, alabəzəkdir, o şəxsin saçlarına, bığına yaraşmır. xüsusilə, qadınlar tərəfindən bə­yə­nilmir, insanlar (qadınlar istisna deyil) öpüşə, dodaq-dodağa yaxınlaşmağa me­yillidirlər.

Saqqal saxlamağın özündə bir mədəniyyət vardır və hər bir adama yaraşmır. Son illərdə telekrana çıxan musiqiçilər (oxuyanlar) saqqalı ona yaraşıb – yaraşma­dı­ğına əhəmiyyət vermirlər, çənəsi, boğaz nahiyəsi, gözünün alt həndəvərinə qədər tük basır, bircə gözlərinin işartısı süzülür. Belə insanlar mənə bir məzəli əhvalatı xa­tırlatdı: Müəllim işləyən vaxtımdı. Bir ədəbiyyat müəlliminin dərsini dinləyir­dim. Müəllim dərsin sonunda uşaqlara sual vermək üçün üzünü sinfə tutdu. Arxada otu­ran şagird ayağa qalxıb soruşdu (mövzu Füzulinin “Leyli və Məcnun” poeması idi): – Müəllim, quşlar nə üçün Məcnunun saçlarında yuva qurmuşdular? – Sual ya­rı­ciddi, yarız zarafat xarakterliydi. Müəllim sinifdə var-gəl edib cavab verdi: – Ona görə ki, səhrada ağac yox idi.

Sözardı: Saqqal buraxmağı heç bir kəsə qadağan etmək olmaz, hər kəsin öz ar­zusu vardır. Lakin saqqal hansı xüsusiyyətlərə malikdir? – Sualına cavab olaraq de­yərdim: – Əvvəlan, kişinin xarakterini (xasiyyətini) onun üz cizgilərilə təyin et­mək – proqnozlaşdırmaq mümkündür, onun qəzəbi, yaxud sevinci dərhal bəlli olur. Söz yerinə düşəndə o insan təsirlənir. İkincisi, üzdə qırışlar (təbii ki, yaşa dolanda) əmə­lə gəlir, bu, o şəxsə bir zabitəlik verir. Yenə yazıçı Mark Tvenə üz tutacam. O, ya­zırdı: “Qocanın üzündəki qırışlar onun cavanlıq çağlarının təbəssüm yerləridir”. Saq­qal isə insanı görkəmdən məhrum edir. Üçüncüsü, səliqəsiz saqqal, zövqsüz bu­raxılmış saya, yaxud alabəzək tüklər sifəti dalayır, qaşınma gətirir. Dördüncüsü, do­daqları “gizlədən” saqqal “cütlərin” öpüşünə əngəl törədir. Beşincisi, saqqal hər ki­şi­yə yaraşmır, xüsusilə cavanlara. Onlar hansı zərurətdən saqqal saxlamağa me­yillidirlər? Sualım cavabını gözləyir.

Allahverdi Eminov 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.197659