Sankt-Peterburqda partlayışda xəsarət alanların sayı 32-yə çatdı - FOTO

Xəbər verdiyimiz kimi, Sankt-Peterburqda kafelərin birində partlayış olub. Nəticədə rusiyalı hərbi müxbir Vladlen Tatarski vəfat edib. Rusiya Səhiyyə Nazirliyi xəsarət alanların 32 nəfər olduğunu açıqlayıb. Onların arasında yeniyetmə qız da var. Vəziyyəti orta ağırdır.
Hurriyyet.az xəbər verir ki, Patriarx Kirill Tatarskinin vəfatı ilə bağlı başsağlığı verib. O, qeyd edib ki, çətin anlarda ruslar birləşməlidirlər.
Sankt-Peterburq Jurnalistlər Birliyinin rəhbəri Andrey Radin və Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko da başsağlığı veriblər.
Bir versiyaya görə, partlayıcını Vladlenin yaradıcılıq gecəsinin keçirildiyi kafedə qonaqlardan biri olan qız ona hədiyyə kimi verib. Partlayışa da həmin heykəlçik səbəb olub.
Qətllə bağlı cinayət işi açılıb. “İnterfaks”ın məlumatına görə, partlayışdan sonra şəhər sakini, 1997-ci il təvəllüdlü Darya Trepova saxlanılıb. Agentlik onun şübhəli şəxs olduğunu qeyd edib.
Bizim.Media
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya