Saat:05:54
Haqqımızda

“Sanki məzhəb maraqları millət və təhlükəsizlik maraqlarından üstün gəlir” – Din xadimlərinin Amiliyə cavabı niyə gecikir?

2021-09-21 13:15:00

“Sanki məzhəb maraqları millət və təhlükəsizlik maraqlarından üstün gəlir” – Din xadimlərinin Amiliyə cavabı niyə gecikir?

Azərbaycan Xarici İşlər Nazirliyi İranın ölkəmizdəki səfirinə nota verdi, lakin nəticəsi olmadı. Yüklər qanununsuz olaraq yenə Qarabağ separatçılarına daşınır. Bundan sonra Qafan-Gorus yolunu qapatdıq ki, İran yüklərinin Qarabağa girişinin qarşısını alaq. İranın Ermənistandakı yük maşınları Azərbaycan gömrük rüsumları qarşısında ağır vəziyyətə düşdülər, bir neçəsi həbs olundu. Azərbaycan nə etdisə doğru etdi, sadəcə İran Azərbaycandan bu qədər cəsarətli addımlar gözləmirdi.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, İran bizi zəif bilib, istədiyini etməyə çalışırdı, amma alınmadı: “Tehran hazırda bizə birbaşa deyə bilmir ki, yüklərimizi buraxın, gömrük rüsumu almayın. Ona görə bizi İranın ali dini liderinin Ərdəbildəki təmsilçisi Seyid Həsən Amili səviyyəsində qorxutmağa çalışır. Ona da Azərbaycanla bağlı saxta informasiya əsasında mətn verib oxutdurublar.  Amiliyə cavabı Qafqaz Müsəlamları İdarəsinin rəhbəri və ya rayonlarımızdan birinin məscidinin axundu versəydi yaxşı olardı”.

İrəvan bu cəsarətə sahib deyil” – Elxan Şahinoğlu

Politoloq əlavə edib ki, din xadimlərimizin, o cümlədən Allahşükür Paşazadənin, Hacı Şahinin işğaldan azad olunmuş Şuşada namaz qılması, şəhidlərimizin ruhlarına dualar oxuması, nə qədər vacib idisə, Azərbaycanı hədələyən axunda layiqli cavab vermək də, bir o qədər əhəmiyyətlidir: “Cəsarətli axunda ehtiyacımız var ki, Amiliyə faktlarla cavab versin. O da ki, hələ yoxdur, sanki məzhəb maraqları millət və təhlükəsizlik maraqlarından üstün gəlir. Tehran Amilinin dili ilə bizi hədəf götürərkən bəlkə də elə bu nəticəni əldə etmək istəyirdi”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR