Saat:03:14
Haqqımızda

“Sanki alnına yazılıb ki, “qardaş sırıyır” - asan satışın yolları, satışda yol verilən yanlışlar - MÜSAHİBƏ (VİDEO)

2024-04-09 22:54:12

“Sanki alnına yazılıb ki, “qardaş sırıyır” - asan satışın yolları, satışda yol verilən yanlışlar - MÜSAHİBƏ (VİDEO)

“Ölkə.Az” biznesdə asan satışın yolları, yeni satış metodları, satışda yol verilən yanlışlar və s. kimi suallarla bağlı “SAT Group”un satış təlimçisi, “Aslanov Group” MMC-nin təsisçisi Sarvan Aslanovdan müsahibə alıb.

“Satışda yol verilən ən vacib yanlışlardan biri çox danışmaqdır. Məsələn, psixoloqlar, həkimlər məsələni necə həll edir? 40 dəqiqəlik konsultasiyanın yarım saatını siz danışırsınız, 10 dəqiqəsini onlar danışır. Sadəcə sizə suallar verirlər. Burada əsas məsələ az danışmaqdır. 

1980-90-cı illərdə satış haqqında yazılan kitabların birində qeyd olunub ki, satış stolüstü tennis oyununa bənzəyir. Orada belə bir qayda var: ilkin zərbəni vuran şəxs o qədər sürətli atış edir ki, qarşı tərəf yalnız ona cavab verə bilir, eyni sürətlə vura bilmir. Deyilir ki, satış prosesində də çalışın, hər zaman hücum edən tərəf siz olun, qoymayın qarşı tərəf danışsın. “Müştəri danışarsa, elə bir sual verər ki, siz onun cavabını bilməzsiniz və reputasiyanız aşağı düşər. Çalışın bildiyiniz hər şeyi deyin, məlumatla doyuzdurun”. Bu fikirlər kökündən yanlışdır. Əgər satış söhbətini faiz olaraq bölsək, 30% satıcı, 70% müştəri danışmalıdır. Nə qədər çox danışırsansa, satmamaq üçün o qədər çox şey etmiş olursan. Qarşı tərəfə deyirsən ki, “satmıram”, - deyə S.Aslanov müsahibəsində qeyd edib.

 

Könül

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.241158