Sandu: “Rusiya Moldovanı soyuqda və qaranlıqda qoydu”

2022-11-24 17:42:00

Sandu: “Rusiya Moldovanı soyuqda və qaranlıqda qoydu”

Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Moldova Prezidenti Mayya Sandu Rusiyanın Ukraynaya raket zərbələrindən sonra Moldovanın da bir hissəsinin işıqsız qaldığını bildirib. Sandu öz “Feysbuk” hesabında Kişinyovun Rusiya rejiminə etibar eləmədiyini və azad dünyaya doğru yoluna davam edəcəyini yazıb: “Rusiya Moldovanı zülmət içərisində qoydu. Rusiya Ukraynada insanları öldürür, raketlərlə yaşayış məhəllələrini və enerji infrastrukturunu məhv edir. Ukraynaya hücumlar davam edir. İnsanlar yaralıları dağıntıların altından çıxarırlar. Həlak olmuş yaxın adamlarına yas tuturlar. İnsanların həyatını tar-mar eləmək olmaz”.

Sandu Moldovada enerji verilişinin təminatının bərpa ediləcəyini, bütün dövlət müəssisələrinin bunun üçün çalışdığını yazıb.

“Bizi qaranlıqda və soyuqda qoyan, başqa xalqları səfalətdə saxlamaq, alçaltmaq üçün insanları qəsdən öldürən rejimə etibar edə bilmərik. İndi nə qədər çətin olsa da, bizim yeganə yolumuz, Moldova Respublikasının yolu azad dünyaya aparan yol olmalıdır”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135178