Şamxani sağ olduğunu təsdiqlədi, Xameneiyə mesaj
2025-06-20 11:34:04

İranın dini liderinin müşaviri Əli Şamxani sağ olduğunu, lakin ağır yaralandığını açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
Şamxani iyunun 13-də səhər saatlarında İsrailin hücumu nəticəsində ağır yaralanaraq xəstəxanaya çatdırıldığını, hazırda vəziyyətinin stabil olduğunu bildirib.
“O, İranın ali rəhbərinə mesaj göndərərək sağ olduğunu və həyatını qurban verməyə hazır olduğunu bildirib”, - məlumatda qeyd olunub.
Report.az
