Samir Nuriyev Fuad Nəcəflini Naxçıvan ictimaiyyətinə təqdim etdi - Fotolar

2022-12-23 14:29:00

Samir Nuriyev Fuad Nəcəflini Naxçıvan ictimaiyyətinə təqdim etdi - Fotolar

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib.

Hurriyyet.az xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək bildirib ki, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.

Samir Nuriyev muxtar respublikanın yeni rəhbərliyinin qarşıda duran vəzifələrin vaxtında, tam və səmərəli şəkildə icrasını təmin etməklə Azərbaycan Prezidentinin göstərdiyi böyük etimadı doğruldacağına ümidvar olduğunu deyib. (qafqazinfo)





Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.145769