Saat:12:29
Haqqımızda

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

2024-05-08 23:19:43

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

Müqaviləsi başa çatdığı üçün yayda klubundan ayrılacaq Dortmund "Borussiya"sının əfsanəvi futbolçusu Marko Roysun karyerasını harada davam etdirəcəyi məlum olub.

Bu barədə “Mançester Siti”nin və Fransa millisinin sabiq futbolçusu Samir Nəsri “Canal+” telekanalının efirində bildirib.

O, 34 yaşlı yarımmüdafiəçinin karyerasını MLS-də davam etdirmək niyyətində olduğunu açıqlayıb və vurğulayıb ki, Roys bunu ona şəxsi söhbətində deyib.

Daha əvvəl alman futbolçunun xidmətində MLS və Türkiyə çempionatının klublarının maraqlı olduğu bildirilirdi.

Marko Roys bu mövsüm "Borussiya"nın bheyətində ütün turnirlərdə 39 matça çıxaraq 8 qol vurub və 9 məhsuldar ötürmə edib. \\Fanat.Az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.341270