Samir Abasov: Ümid edirəm ki, maraqlı oyun keçəcək və hakimlərin səhvi olmayacaq

Ümid edirəm ki, maraqlı oyun keçəcək və hakimlərin səhvi olmayacaq.
Hurriyyet.az xəbər verir ki, bunu "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində səfərdə Macarıstan təmsilçisi "Fehervar"la oyunöncəsi mətbuat konfransında bildirib.
Mütəxəssis sabah baş tutacaq matçla bağlı bunları deyib:
"Fehervar"ın oyunlarına baxmışdıq. Ümid edirəm ki, maraqlı oyun keçəcək və hakimlərin səhvi olmayacaq. İlk oyunda uduzmağımızın səbəbləri var idi. Bura yaxşı əhval-ruhiyyə ilə gəlmişik. Yetərincə itkilərimiz var. Əlimizdən gələni edib, ümidləri doğrultmağa çalışacağıq.
Qeyd edək ki, "Fehervar" - "Sumqayıt" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Sumqayıtda baş tutan ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
