Saat:17:44
Haqqımızda

“Şamaxıda heç bir tikinti layihəmiz yoxdur” – ABŞ-nin Bakıdakı səfirliyi

2024-06-11 13:46:47

“Şamaxıda heç bir tikinti layihəmiz yoxdur” – ABŞ-nin Bakıdakı səfirliyi

Xəbər verdiyimiz kimi, ölkənin tikinti şirkətlərindən biri olan “Kənan İnşaat və Ticarət” MMC-nin (VÖEN – 9900070881)rəsmi veb-saytında qeyd olunub ki, onlar ABŞ-nin ölkəmizdəki səfirliyinin sifarişi əsasında Şamaxı şəhərində Yuxarı Xınıslı kəndində kotteclərin tikilməsi, təmiri və abadlıq işləri həyata keçirirlər.

Hurriyyet.az xəbər verir ki, yeniavaz.com kotteclərin hansı məqsədlə tikilməsinə aydınlıq gətirmək üçün ötən ayın sonunda ABŞ-nin ölkəmizdəki səfirliyinə sorğu ünvanlayıb.

Dünən (10 iyun) ABŞ-nin ölkəmizdəki səfirliyi sorğumuza cavab olaraq bildirib ki, ABŞ-nin Bakıdakı səfirliyinin Şamaxıda heç bir tikinti layihəsi yoxdur.

Məsələ ilə bağlı “Kənan İnşaat və Ticarət” MMC-dən Yeniavaz.com-a verilən açıqlamada isə bildirilib ki, veb-saytlarında yer alan məlumatda texniki xəta səbəbindən Yuxarı Xınıslı kəndində inşa olunan kotteclərin sifarişçisi kimi ABŞ səfirliyi göstərilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.186034