Şamaxıda 44 günlük müharibə iştirakçısının evi uçub, heç bir qurum maraqlanmır... - VİDEO

2022-11-22 15:30:00

Şamaxıda 44 günlük müharibə iştirakçısının evi uçub, heç bir qurum maraqlanmır... - VİDEO

Şamaxının Qızmeydan kənd sakini Cəbrayıl Cəbiyev tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, bu ilin mart ayının 25-də aramsız qar yağması nəticəsində evinin dam örtüyü çöküb və evə ciddi ziyan dəyib.

“9 aydır evimiz bu vəziyyətdə qalıb. Hara müraciət etsək də, cavab əldə edə bilmirik. Özüm müharibə iştirakçısıyam, “Suqovuşan” medalı ilə təltif olunmuşam.  Həqiqətən də güclü qar yağması nəticəsində evim uçub, amma mənə kömək edən yoxdur”, - şikayətçi deyir.

Cəbrayıl Cəbiyevin video-müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

 

Jalə FAMİLQIZI

P.S. Çox təəssüf ki, “fövqəlnazir” Kəmaləddin Heydərov başda olmaqla, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının başı obyektlərdən “rüsum” toplamağa qarışdığından, nəinki sıravi vətəndaşların, hətta Qarabağ qazilərinin problemləri ilə məşğul olmağa vaxt tapmırlar. Odur ki, mövzunu diqqətdə saxlayacağıq...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138613