Şamaxı və İsmayıllıda zəlzələ oldu
2025-04-12 19:45:25
.jpg)
Pirqulu stansiyasından 24 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Maqnitudası 3.4 olan təkanların dərinliyi 12 km olub.
Zəlzələ 3 bal gücündə hiss olunub.
***
Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.
Məlumata əsasən, zəlzələ 3,2 maqnitudada qeydə alınıb, zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
