Saat:03:23
Haqqımızda

Salyanda qəbiristanlıq YANDI

2025-05-21 21:18:07

Salyanda qəbiristanlıq YANDI

Salyan rayonunda qəbiristanlıq yanıb.

"Hurriyyet" “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.

Belə ki, yaxınlıqda olan kol-kosda yanğın başlayıb. Küləkli hava olduğundan alov kənd qəbiristanlığına keçib.

Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq, qəbiristanlıqla birlikdə 5 hektar sahə yanıb.

Faktla bağlı araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.166634