Salyanda gənc oğlanı avtomobil vurdu

2021-07-21 09:37:00

Salyanda gənc oğlanı avtomobil vurdu

Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bədəlov Əmrah Heydər oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona bədəninin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.