Salyan postunda DYP əməkdaşı sürücüləri niyə saxlayır? - Video

2022-08-01 12:09:00

Salyan postunda DYP əməkdaşı sürücüləri niyə saxlayır? - Video

Jurnalist Məhəmməd Türkmən Ələt-Astara magistralında yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Salyan postunda əsassız saxlanıldığını bildirərək hadisənin görüntülərini yayıb.

Hurriyyet.az-ın məlumatına görə, jurnalist postda xidmət aparan yol polisi əməkdaşının sürət həddini aşmadığı halda əlindəki texniki avadanlığa rəqəm əlavə edərək onun saatda 70 kilometr sürət həddinin olduğu yerdə 92 ilə getdiyini qeyd edib. 

M.Türkmən əlavə edib ki, avtomobildə videoçəkilişin getdiyini görən yol polisi əməkdaşı daha sonra onunla sağollaşıb: "Sürət həddini həqiqətən aşsaydım, DYP əməkdaşı məni buraxmazdı".

Qeyd edək ki, sözügedən şikayətlə bağlı paylaşıma şərh yazan izləyicilər eyni hadisə ilə dəfələrlə üzləşdiklərini deyiblər.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ barəsində xəbərdardırlar və müvafiq araşdırmalar aparılır.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.072121