Saat:04:14
Haqqımızda

Salvadorun Müdafiə nazirinin oğlu xidmət zamanı həlak oldu

2021-12-03 17:15:00

Salvadorun Müdafiə nazirinin oğlu xidmət zamanı həlak oldu

Hurriyyet.az “Star” qəzetinə istinadən xəbər verir ki, Salvadorun hərbi təyyarəsi Sakit okean sularına düşüb, Salvadorun Müdafiə nazirinin oğlu da daxil olmaqla, 3 nəfər həlak olub.

Salvadorun Silahlı Qüvvələrinin açıqlamasında qurudan 3 dəniz mili məsafədə okeana düşən təyyarənin sahil bölgəsində xidmətdə olduğu, qəzanın səbəbinin hələlik bəlli olmadığı, təyyarədə olan 3 nəfərin hamısının həlak olduğu bildirilib.

Cənazələrin tapıldığı, ölənlərdən birinin Salvadorun Müdafiə naziri Fransis Rene Merino Monroyun oğlu Xerardo Merino olduğu xəbəri verilib.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR