Salome Zurabişvili: hakimiyyət “erməni karuseli”ndən istifadə edərək seçkiləri saxtalaşdırıb
Gürcüstan prezidenti Salome Zurabişvili hazırkı hakimiyyəti “erməni karusel” texnologiyalarından istifadə edərək seçkiləri saxtalaşdırmaqda ittiham edib. Bu barədə Zurabişvili "Associated Press" və "CNN" telekanallarına müsahibəsində bildirib.
"Biz buna “erməni karuseli” deyirik. Bilmirəm, bəlkə Ermənistanda buna “gürcü karuseli” deyirlər... Bu o deməkdir ki, seçkilərdən bir müddət əvvəl müxtəlif bəhanələrlə sosial cəhətdən həssas insanların şəxsiyyət vəsiqələri götürülüb. Və sonra səsvermə üçün istifadə edildi. Bir şəxsiyyət vəsiqəsi və müxtəlif elektron cihazlarla bu, hətta 17 dəfə mümkün olub. Onların sərəncamında çoxlu sayda şəxsiyyəti təsdiq edən sənədlər və şəxsi nömrələr olub", deyə Salome Zurabişvili ittihamlarını səsləndirib.
Gürcüstan Mərkəzi Seçki Komissiyası artıq bu ittihamları rədd edib. Departament aydınlaşdırıb ki, Amerikanın tanınmış audit şirkəti "Pro V&V" (ABŞ-da müvafiq akkreditasiyaya malik iki şirkətdən biri) Gürcüstanda seçkilər üçün elektron səsvermə sisteminin düzgün işlədiyini və “karusellər” üçün texniki imkanın olmadığını bəyan edib”.
Gürcüstanın Baş Prokurorluğu mümkün saxtakarlıqlara dair sübut əldə etmək üçün prezidenti dindirməyə çağırıb.
Ülviyyə, Hurriyyet.az