Saleh Rüstəmli saxlanıldı

2022-05-28 23:40:00

Saleh Rüstəmli saxlanıldı

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan sabiq icra başçısı Saleh Rüstəmli Moskva hava limanında saxlanılıb. 

Bu barədə əlumatı S.Rüstəmlinin vəkili Bəhruz Bayramov yayıb. 

Xatırladaq ki, S.Rüstəmli həbs olunanadək Rusiyada yaşayıb. O, 2018-ci ildə Bakıya gəldikdə həbs olunmuşdu. S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. O zaman onun rəhbərliyi altında Gədəbəydəki Başkənd erməni işğalçılarından təmizlənib. \\Pravda.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya