Saat:12:56
Haqqımızda

“Saleh müəllim, bizim yolun pulunu hara xərcləmisiz?!” – Ucar sakinləri Prezidentə müraciət etdi

2022-05-24 17:35:00

“Saleh müəllim, bizim yolun pulunu hara xərcləmisiz?!” – Ucar sakinləri Prezidentə müraciət etdi

Ucar rayonunun Bağırbəyli kənd sakinləri Prezident İlham Əliyevə müraciət edərək yol probleminin həll olunmasını xahiş ediblər. 51 sakinin imzası ilə “AzPolitika.info”nun redaksiyasına göndərilən müraciətdə üzləşdikləri çətinliklərin səbəbləri açıqlanıb.

Müəlliflər bildirirlər ki, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Ucar rayonunun Alpı, Qulabənd və Bağırbəyli kəndlərində yol tikintisinin həyata keçirilməsi nəzrdə tutulub.

“Həmin lahiyəyə əsasən Alpı və Qulabənd kəndlərinə asfalt çəkilsə də, Bağırbəyli kəndində bu işlər aparılmadı. Belə izah etdilər ki, bizim kəndə tikinti işləri 2022-ci ildə aparılacaq”,-müraciətdə qeyd olunur.

Sakinlər bildirirlər ki, Qulabən, Alpı və Bağırbəyli kəndləri inzibati ərazi bölgüsü ilə bir icra nümayəndəliyinə daxildir: “Bağırbəyli kəndində əsas yolunun uzunluğu 2 km-dir. Qulabənd və Alpı kəndləri ilə müqayisədə bu kəndin yolu tam yararsız vəziyyətdədir. Tikintiyə başlamazdan əvvəl real vəziyyət öyrənilməli, ehtiyaclar qiymətləndirilməli idi. Ucar rayonunun rəhbərliyi nəzərə almalıydı ki, ilk növbədə Bağırbəyli yolu təmir edilməlidir, çünki sakinlər çox əziyyət çəkirlər. Kəndimiz Vətən müharibəsində bir şəhid verib, xeyli sayda gənclərimiz müharibədə iştirak ediblər, onlar arasında qazi olanlar da var. Qəhrəman şəhid Təbriz Bəkirovun yaşadığı evə gedən yol olduqca bərbad vəziyyətdədir. Bağırbəyli kəndində məktəb olmadığı üçün şagirdlər 3 kilometr aralıda yerləşən Alpı kənd orta məktəbində təhsil alırlar. Yolsuzluğa görə şagirdlər çox əziyyət çəkirlər. Qışda palçıq, yayda isə tozdan hərəkət etmək olmur. Çıxılmaz vəziyyətdə qalmışıq”.

Sakinlər yazırlar ki, "Azəravtoyol" ASC-nin İdarə Heyətinin sədri Saleh Məmmədova dəfələrlə müraciət etsələr də heç bir tədbir görməyib: “Adama sual verərlər ki, ay Saleh müəllim, Bağırbəyli kəndinin yolunun tikintisi üçün Asiya İnkişaf Bankı tərəfindən ayrılmış vəsaiti hara xərcləmisiniz? Saleh Məmmədovudan bu suala cavab verməsini tələb edirik”.

Müəlliflər sonda ölkə başçısından problemi diqqətdə saxlamağı və həllinə kömək etməyi xahiş edirlər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR