Saat:04:26
Haqqımızda

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

2025-06-05 17:57:01

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İmişli 6 saylı "Magistral Yolların İstismarı" Məhdud Məhsuliyyətli Cəmiyyətnin (MMC direktoru Zülfüqar Xəlilov işdən çıxarılıb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə Xəlilov Zülfüqar Qarakişi oğlu vəzifəsindən azad edilib.

Saleh Məmmədovun digər əmri ilə MMC-nin direktoru vəzifəsinə Feyzullayev Əflatun Xanoğlan oğlu təyin olunub. 

Qeyd edək ki, 6 saylı "Magistral Yolların İstismarı" MMC-nin uzun illər direktoru vəzifəsində Şükür Astanov işləyib. O, İmişli rayonunda "Orion-E" MMC və digər şirkətlər təsis edərək biznes fəaliyyəti ilə də məşğul olub. İşdən çıxarılan Zülfüqar Xəlilov da "Orion-E" MMC-nin direktoru vəzifəsində işləyib və rayonda Şükür Astanovun yaxın adamı kimi tanınıb. 

Qaynarinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.237336