Saat:01:06
Haqqımızda

“Salam” Beynəlxalq Teatr festivalının açılışı olub - FOTO

2023-03-29 11:18:00

“Salam” Beynəlxalq Teatr festivalının açılışı olub - FOTO

27 mart tarixində Qazaxstanın Kokşetau şəhərində keçirilən “Salam” Beynəlxalq Teatr festivalının açılış mərasimi olub. Bu barədə Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib. Onun sözlərinə görə, açılışdan öncə  münsiflər heyəti ilə mətbuat konfransı keçirilib.

“Bu il ilk dəfə keçirilən “Salam” Beynəlxalq Teatr festivalının münsiflər heyətinin tərkibində  təmsil olunmaq üçün ölkəmizdən Avrasiya Teatrlar Assosiasiyasının Azərbaycan təmsilçisi olan Gəncə Dövlət Dram Teatrının aktyoru  Yusif  Cəfərov  və qardaş  Türkiyə Cümhuriyyətindən olan “Türksoy” nümayəndəsi Elçin Qafarlı dəvət alıblar. Festivalın rəsmi açılış mərasimindən sonra Astana teatrının tamaşası nümayiş olunub. Festival öz işini 1 aprel tarixində sona çatdıracaq” – deyə Anar Burcəliyev bildirib.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR