Salahın yeni ünvanı bəlli olur
2025-12-04 20:19:35
Səudiyyə Ərəbistanının nəhəng klubu “Əl Hilal” Məhəmməd Salah transferində böyük irəliləyiş əldə edib.
“365 Scores” portalının məlumatına görə, artıq misirli ulduzun özü ilə tam razılaşma əldə olunub və əsas müzakirə mərhələsi bağlanıb.
Transferin yay pəncərəsində rəsmiləşəcəyi gözlənilir.
Xəbərdə qeyd olunur ki, Salah üçün hazırlanan müqavilə Səudiyyə Pro Liqasının ən böyük maliyyə paketlərindən biri olacaq. “Əl Hilal”in Salahı uzunmüddətli layihəsinin mərkəz fiquru kimi gördüyü bildirilir. \\Fanat.Az
