Sakaşvilinin tərəfdarları Tbilisiyə axışır – yollar bağlandı

2021-10-14 17:49:00

Sakaşvilinin tərəfdarları Tbilisiyə axışır – yollar bağlandı

Hürriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, eks-prezident Mixail Saakaşvilinin azad edilməsini tələb edən mitinqin keçirilməsi ilə əlaqədar Tbilsinin mərkəzində avtomobil yolları bağlanıb.

Gürcüstan paytaxtının bələdiyyəsinin açıqlamasında deyilir: “14 oktyabr tarixində Rustaveli prospektində keçirilməsi planlaşdırılan aksiya səbəbindən Respublika meydanından Azadlıq meydanına qədər nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırıb”.

Həmin rayondakı ictimai nəqliyyatın da hərəkət istiqaməti dəyişdirilib.

“Vahid milli hərəkat” müxalifət partiyasının yürüşünün yerli vaxtla 18.00-da başlanması gözlənilir. Mitinqdə iştirak eləmək üçün artıq ölkənin müxtəlif regionlarından paytaxta doğru maşın karvanları axışır.

Hürr Tərcüman