Sakaşvili tərəfdarlarını məhkəmənin qarşısında toplaşmağa çağırdı

2021-11-25 16:16:00

Sakaşvili tərəfdarlarını məhkəmənin qarşısında toplaşmağa çağırdı

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili öz tərəfdarlarını onu dəstəkləyən aksiyada iştirak eləməyə çağırıb. Saakaşvili öz “Feysbuk” səhifəsində yerləşdirilmiş müraciət məktubunda yazıb: “Sizi çox sayda aksiyalar keçirməyə çağırırıam. Bundan sonra dekabr ayında biz böyük bir milli aksiya keçirməliyik. 29 noyabr tarixinə “məhkəməm” təyin olunub. Hamıdan məhkəmə binasının qarşısına toplaşmağı xahiş edirəm. Son iki ay ərzində ilk dəfə birbaşa müraciət imkanım olacaq”. O, özünün azad edilməsi ilə bağlı ictimai komitənin yaxın günlərdə yaradılacağına ümid elədiyini də bildirib.

 

Hürr Tərcüman