Şahzadə: “Qardaşım xəstələnsəydi, orqanlarımı ona verəcəkdilər. Atam dedi ki...”

2023-01-11 13:09:00

Şahzadə: “Qardaşım xəstələnsəydi, orqanlarımı ona verəcəkdilər. Atam dedi ki...”

Hurriyyet.az xəbər verir ki, aktrisa Meqan Markl ilə evlənərək İngiltərə krallıq ailəsindəki vəzifələrini və ölkəni tərk eləmiş Şahzadə Harrinin satışa çıxarılmış qalmaqallı “Ehtiyat” kitabında o, “Böyük qardaşım xəstələnərsə, orqanlarımı bağışlamağım üçün dünyaya gətirildim” iddiası ilə çıxış edib.

ABŞ-da yaşayan Harri dünyaya gətirilməsinin səbəbinin Britaniya taxtının bir nömrəli varisi olan Şahzadə Vilyamın xəstələnmə ehtimalına görə ehtiyat tədbiri olduğunu, öz orqanlarından ehtiyat hissə kimi istifadə edilə biləcəyini iddia edib. Şahzadə Harri bunu uşaqlıqdan bəri bildiyini, aliə üzvlərinin Vilyamı varis, onu isə ehtiyat kimi qəbul elədiklərini, bunu atası Kral Çarlzdan eşitdiyini yazıb.

Bekinhem sarayı hələ kitabla bağlı səssizliyini mühafizə etməkdədir.

Hürr Tərcüman

Fotoğraf: Reuters


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.298100