Saat:04:45
Haqqımızda

Şahmat Olimpiadası: Azərbaycan millisi Ermənistanı darmadağın etdi

2022-08-08 20:24:00

Şahmat Olimpiadası: Azərbaycan millisi Ermənistanı darmadağın etdi

Azərbaycanın qadınlardan ibarət milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşünü keçirib.

Yığmamız X turda Ermənistan kollektivi ilə qarşılaşıb. Günay Məmmədzadə birinci, Xanım Balacayeva ikinci, Gövhər Beydullayeva üçüncü, Gülnar Məmmədova dördüncü lövhədə görüşünü qalib başa vurub. Beləliklə, seçməmiz yekun nəticədə rəqibini darmadağın edib - 4:0.

Bu, Azərbaycan qadın şahmatçılarının yarışda yeddinci qələbəsi olub. Komandamız ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda Yunanıstanı 2,5:1,5, IV turda İsraili 3:1, VI  turda Qazaxıstanı 3:1, IX turda isə Monqolustanı 2,5:1,5 hesabı ilə üstələyib. Milli V turda Ukrayna ilə, VIII turda Rumıniya ilə heç-heçə edib, VII turda Hindistana uduzub. 16 xalı olan yığma turnir cədvəlinin 3-cü plləsində qərarlaşıb.

Ümumdünya Şahmat Olimpiadası

Qadınlar

X tur

Ermənistan – Azərbaycan 0:4

Elina Danielyan – Günay Məmmədzadə 0:1

Lilit Mkrtçyan – Xanım Balacayeva 0:1

Anna Sarqsyan – Gövhər Beydullayeva 0:1

Susanna Qaboyan – Gülnar Məmmədova 0:1

Məmmədzadə və Beydullayeva qara, Balacayeva ilə Məmmədova ağ fiqurlarla oynayıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. \\Fanat.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR