ŞAHİN MUSTAFAYEVİ “ERMƏNİ OLMAQDA” SUÇLAYANLAR… - Eldar Sabiroğlu yazır
Bütün yazılarımda və tənqidi məqalələrimdə həmişə çalışıram ki, hədəfim barədə doğruları, bildiyim həqiqətləri ictimai rəylə paylaşım. Mənim üçün qərəz qədər axmaq bir keyfiyyət yoxdur. Və kimlyindən asılı olmayaraq insanın şəxsiyyətini alçaldan, onu təhqir edib yerlə yeksan etməkdən ləzzət alan qələm adamından zəndeyi-zəhləm hələ təzə-təzə yazmağa başladığım illərdən özünə yer alıb.
Həmyerli olsaq da Baş nazirin müavini Şahin Mustafayevin çirkaba bulaşan əllərinə əlim bir dəfə də dəyməyib. Onun bəlası budur ki, orta təhsilini erməni dilində "Qızıl medalla" bitirib.
Doğrudur, danışığı erməni aksentindən fərqlənməyən adamdan başqa cür ifadə tərzi ummağın özü bir sadəlövhlükdür. Mustafayevi tanımayanlar "sirr açıldı" deyə on ağır ittihamda suçlayırlar. Sən demə, o erməniymiş. Baş nazir vəzifəsini necə daşıdığı hər bir Azərbaycan vətəndaşına məlumudur. Lakin yatıb-yatıb indi yuxudan durub da onu erməni əsilli olmaqda günahlandıranlarda böyük ədalətsizlik görürəm.
Eldar SABİROĞLU