Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb

2022-05-26 14:16:00

Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb

Xəbər verdiyimiz kimi, mayın 24-ü Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüş keçirilib. Sözügedən görüş Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində baş tutub.

Hurriyyet.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, Mqer Qriqoryanın ofisi görüşün məhz hansı ərazidə keçirildiyini açıqlayıb.

Bildirilir ki, Ş.Mustafayev və M.Qriqoryan Arazdəyən yaşayış məntəqəsi (Yerasx) istiqamətində bir araya gəliblər.

Bununla yanaşı, tərəflər arasında növbəti görüşün tarixinin hələ təyin olunmadığı qeyd olunub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya