Şahin Bağırov Səfər Mehdiyevdən 2 dəfə çox pul toplayıb – Bir ayda 747 milyon...

2022-09-08 14:29:00

Şahin Bağırov Səfər Mehdiyevdən 2 dəfə çox pul toplayıb – Bir ayda 747 milyon...

Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 746 milyon 777 min manat vergi və rüsumlar daxil olub. 

Hurriyyet.az Komitədən açıqlanan məlumatlara əsasən bildirir ki, bu göstərici 2021-ci ilin avqust ayı ilə müqayisədə təxminən 2 dəfə artıb. Belə ki, ötən ilin avqust ayında Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 386 milyon 23 min manat vəsait köçürülüb.

Bu ilin iyul ayında isə gömrükdən bücəyə 480 milyon 533,3 min manat daxil ediıib. Rəqəmlərdən də göründüyü kimi, avqust ayında Gömrük Komitəsinin büdcəyə ödədiyi vəsaitlər kəskin artıb.

Qeyd edək ki, iyul ayının 16-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tutduğu vəzifədən azad olunub. İyulun 18-də isə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinin müvəqqəti icrası Şahin Bağırova həvalə edilib.

yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.071601