Şahin Bağırov özünə yeni müşavir təyin etdi - Foto
2024-05-06 13:27:06
Şamo Mürşüdov Dövlət Gömrük Komitəsi sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Hurriyyet az xəbər verir ki, bu barədə DGK sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Qeyd edək ki, Ş.Mürşüdov İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri olub.
Xatırladaq ki, bu təyinata qədər DGK sədrinin 2 müşaviri var idi. Artıq müşavirlərin sayı 3-ə çatıb.
axar.az