Şahin Bağırov onların rütbəsini artırdı
.jpg)
Dövlət Gömrük Komitəsində bir neçə nəfərə növbəti xüsusi rütbə vaxtından əvvəl verilib.
Hurriyyet.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, aşağıdakı şəxslərin rütbəsi artırılıb:
Aslanov İsmayıl Bahadir oğlu (Maliyyə və Təchizat İdarəsi, İdarə rəisi)
Növbəti rütbə: Gömrük xidməti polkovniki
Bağırov İlkin Mahmud oğlu (Əməliyyat - İstintaq Baş İdarəsi / İstintaq idarəsi,İdarə rəisinin müavini)
Növbəti rütbə: Gömrük xidməti polkovniki
Məmmədov Elvin Əli oğlu (Katiblik, Katibliyin rəisi)
Növbəti rütbə: Gömrük xidməti polkovniki
Camalov İlqar Elmar oğlu (Əməliyyat - İstintaq Baş İdarəsi / Əməliyyat İdarəsi / Rəqəmsal ticarət araşdırmaları şöbəsi, Şöbə rəisi)
Növbəti rütbə: Gömrük xidməti polkovnik-leytenantı.
