"Sahil Babayev kimi nazirimin olmasından utanc hissi keçirirəm" - MÜBARİZ GÖYÜŞLÜ

2022-06-03 14:18:00

"Qazilərin haqqını yeməyin, o insanların qanı və canı üzərindən sərvət toplamağa çalışmayın, aldatmaq istəyənlərin aqibətindən nəticə çıxarın"

"Türkiyədə də belə olmuşdu. 15 temmuz (iyul) hadisəsi, kənardan idarə olunan FETÖ terror təşkilatı Türkiyədə iğtişaş yaratdı. Əsgərlə polis qarşı-qarşıya gəldi. Amma kənardakılar arzularına çatmadılar. Polis əsgərə güllə atmadı, onu qucaqladı. Azərbaycanda da Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyinin qarşısında etiraz edən II Qarabağ müharibəsi iştirakçıları polislə qarşılaşdılar. Polisi hərbçiyə qarşı qoymaq istəyən məmurlar arzularına çatmadılar". Hurriyyet.az xəbər verir ki, bunu Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib.

ƏƏSMN-in məmurlarından, nazir Sahil Babayevdən fərqli olaraq polisin əsgərini qucaqladığını, onu bağrına basdığını qeyd edən siyasi şərhçi "Sahil Babayev kimi nazirimin olmasından utanc hiss keçirirəm" deyə əlavə edib: "ƏƏSMN-in qalstuklu və ütülü məmurları, İctimai Şura üzvləri yalan statistika yox, ciddi çalışma və sanballı nəticələr lazımdır. Qazilərin haqqını yeməyin, o insanların qanı və canı üzərindən sərvət toplamağa çalışmayın. Dövləti və xalqı aldatmayın. Aldatmaq istəyənlərin aqibətindən nəticə çıxarın, haqq yoluna dönün, qazilərin haqqını verin".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya