Sahil Babayev istefa verib? - AÇIQLAMA

2022-06-03 19:59:00

Sahil Babayev istefa verib? - AÇIQLAMA

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin vəzifəsindən istefa verməsi ilə bağlı xəbər yayılıb.

Hurryyet.az xəbər verir ki, Qazet.az bu barədə məlumat almaq üçün nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin "qaynar xətti"nə müraciət edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Müşkinaz Qasımova bildirib ki, bu məlumat həqiqətə uyğun deyil.

"Yayılan xəbər həqiqəti əks etdirmir. Nazir hazırda öz vəzifəsində çalışır".

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq paytaxt.org xəbər saytı yayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya