Saat:20:26
Haqqımızda

Sahil Babayev islahatlara BAŞLADI – Bu şöbələr LƏĞV EDİLDİ

2025-05-22 23:17:35

Sahil Babayev islahatlara BAŞLADI – Bu şöbələr LƏĞV EDİLDİ

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

Hurriyyet.Az Bizim.Media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

Nazirliyin Şimal bölgəsində Quba-Xaçmaz Regional Maliyyə idarəsi Qusar şəhərində yaradılıb.

Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.

Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilatı işlər görülür. Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.303402