Saat:04:09
Haqqımızda

Sahibə Qafarova: “Təmiz ətraf mühit və yaşıl artım Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindəndir”

2024-02-22 13:49:29

Sahibə Qafarova: “Təmiz ətraf mühit və yaşıl artım Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindəndir”

"Təmiz ətraf mühit və yaşıl artım Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindəndir".

Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova bu gün Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı səsləndirib. Spiker, həmçinin deyib ki, Azərbaycan 2030-cu ilə qədər dünyada bərpa olunan enerji gücünü üç dəfə artırmaq qlobal təşəbbüsünə qoşulub. Ölkəmiz beynəlxalq birliyin yekdil dəstəyi ilə KOP 29-a ev sahibliyi etmək hüququ qazanıb. Bu, Azərbaycanın iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləməyə sadiqliyinin tanınmasıdır.

Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri barədə də məlumat verən Sahibə Qafarova bildirib ki, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi, şübhəsiz ki, ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin də inkişafına töhfə verəcək.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187575