Saat:03:42
Haqqımızda

Sahibə Qafarova İraq Nümayəndələr Şurasının sədri ilə görüşüb

2024-05-01 18:45:15

Sahibə Qafarova İraq Nümayəndələr Şurasının sədri ilə görüşüb

Mayın 1-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İraq Nümayəndələr Şurasının sədri Möhsin Əli Əkbər Əl-Mandalavinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla bildirir.

Qonaqları salamlayan Milli Məclisin sədri Sahibə Qafarova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın əhəmiyyəti, müzakirə olunan mövzuların aktuallığı barədə fikirlərini bildirib. Spiker Sahibə Qafarova bu cür forumların ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün geniş imkan yaratdığını qeyd edib. Spiker Sahibə Qafarova sabah tədbirin parlament paneli çərçivəsində aparılacaq müzakirələrin uğurlu olacağına əminliyini ifadə edib.

Azərbaycan və İraq arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, bu əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur.

Cari ilin fevralında Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası çərçivəsində Bakıda Nümayəndələr Şurasının sədri ilə keçirdiyi görüşü məmnunluqla xatırlayan Milli Məclisin sədri parlamentlər arasında əməkdaşlığın ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə rolunu qeyd edib. O, hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı təmaslarının önəmini bildirib.

Spiker Sahibə Qafarova Azərbaycan və Ermənistan arasında gedən sülh prosesinin mövcud vəziyyəti barədə də məlumat verərək, iki ölkə arasında delimitasiya prosesinin uğurla başa çatacağına və sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. O, bu sülhün bütün Cənubi Qafqaz üçün faydalı olacağına əminliyini bildirib.

Söhbət zamanı Milli Məclisin sədri qonaqlara Azərbaycanın COP29 kimi möhtəşəm tədbirə evsahibliyi etməsi, həmin tədbir çərçivəsində Milli Məclislə Parlamentlərarası İttifaqın birgə keçirməyi planlaşdırdığı konfrans barədə də məlumat verib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən İraq  Nümayəndələr Şurasının sədri Möhsin Əli Əkbər Əl-Mandalavi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakdan məmnunluğunu bildirib.

Qonaq parlamentlərarası dostluq qruplarının işinin daha da intensivləşdirilməsi, turizm, təhsil, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb. COP29 kimi mühüm tədbirin ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran qonaq  Azərbaycanın bu istiqamətdə səylərinin yüksək qiymətləndirildiyini qeyd edib.

İraq parlamentinin spikeri Azərbaycan və Ermənistan arasında delimitasiya prosesində əldə olunmuş razılaşmadan məmnunluqla danışaraq, tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Hurriyyet.az

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183970