Sağlamlığını hərbi xidmətdə itirən Zaur Mirzəyevə pensiya verilmir… - VİDEO

2022-09-19 12:43:00

Sağlamlığını hərbi xidmətdə itirən Zaur Mirzəyevə pensiya verilmir… - VİDEO

Laçın rayon sakini Mirzəyev Zaur Ramiz oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin yazılı və video müraciətini oxucularımıza təqdim edirik:

“Cənab Prezident!

Mən sağlamlığımı hərbi xidmətdə itirmişəm.

ASAN Xidmətin xidmət fəaliyyətində, Əmək pensiyası bölümündəki qanuna müvafiq olaraq “Müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuya əlilliyə görə əmək pensiyası təyin edilməsi” ilə bağlı sənədlərimi ASAN Xidmətə təqdim etmişdim. ASAN Xidmət isə 08 may 2020-ci ildə sənədləri DSMF-na göndərmişdir.

DSMF-nin Pensiya təminatı departamentinin müdiri İsmayılov Eyvaz Firqət oğlu sənədləri 17.06.2020-ci ildə "Mərkəzi icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 20 oktyabr 2017-ci il 464 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.2.22-ci maddəsində publik hüquqi şəxslər tərəfindən sosial müdafiə və sosial təminat göstərilən xidmətlər İçərisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş Qərarın 11.1, 11.2 və 11.3-cü maddələrində mərkəzi icra hakimiyyəti orqanlarının publik hüquqi şəxslər tərəfindən "Elektron hökumət" dövlət xidmətləri bölməsi və "bir pəncərə" sistemindən istifadə edilməsinə verdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq olunmuş Elektron xidmətlər siyahısında 2 nömrəli əlavədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9.33 və 9.34-cu maddələri ilə sənədlərim icra olunmuşdur.

DSMF-nun Pensiya təminatı departamentinin müdiri cənab İsmayılov Eyvaz Firqət oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli Qərarına zidd olaraq 28 aprel 2022-ci il tarixli məktubuyla sənədlərimi dəfələrlə DTSERA-ya göndərdiyini bildirmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli Qərarına ziddir.

Aprel ayının 11-də Baş prokurorun qəbulunda oldum. DTSERA-nın İdarə Heyətinin sədr müavini xanım Mətanət Məmmədova 30.06.2022-ci il tarixdə və 30.08.2022-ci il tarixdə göndərdiyi məktublarda Əmək pensiyası olduğundan, bu məsələnin DSMF-yə aid olduğunu bildirmişdir.

Cənab Prezident!

Sizdən artıq dərəcədə xahiş edirəm ki, DSMF rəhbərliyinə sual verəsiniz: Hansı əsasla mənim sənədlərimi DTSERA-ya göndəriblər?! Və xahiş edirəm ki, DSMF-na göstəriş verəsiniz ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli Qərarını yerinə yetirib, icra olunmuş sənədini ASAN Xidmətə qaytarsınlar”.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058967