Saat:15:13
Haqqımızda

“Şagirdlərin davası cinayət məsuliyyəti yaratmır” – Vəkil

2022-10-05 14:36:00

“Şagirdlərin davası cinayət məsuliyyəti yaratmır” – Vəkil

Bakıda Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində “112” nömrəli məktəbdə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsi görüntüləri sosial mediada müzakirələrə səbəb olub. Bir çoxları mövzu ilə bağlı araşdırmaların düzgün aparılmadığını iddia edir. Bəziləri şagirdin cəzalanmasını tələb edərkən, digərləri də  valideynləri günahlandırır.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Mehman Muradov bildirib ki, burada günahlandırılmalı olan Elm və Təhsil Nazirliyi və məktəblərdir: “Uşaqların məktəbdəki davası cinayət məsuliyyəti yaratmır. Yetkinlik yaşında olsa idilər, burada xuliqanlıq halı ola bilərdi. Uşaq burada digərinə hansısa maddi ziyan vursa idi, o zaman valideyn məsuliyyət daşıya bilərdi. Burada birbaşa məktəb məsuliyyət daşıyır.  

Çünki direktorun məktəbdə ibtidai siniflər və yuxarı siniflər üzrə tərbiyə işləri üzrə müavinləri var. Bakı Şəhər Təhsil İdarəsinin açıqlamasını oxudum, sadəcə “suvamaqla” məşğuldurlar. Özlərinin üz-gözlərinə bulaşdırırlar. Bir dəfə də olsun rast gəlmədim ki, Təhsil Nazirliyi məsuliyyəti üzərinə götürsün ki, həqiqətən desin ki, mənim burada günahım var.  Əvvəlcədən razılaşdırılmış formada elə bir açıqlama vermək olar ki, nə camaatda ikrah hissi yaratmasın, nə də məktəbə”.

Vəkil bildirib ki, problemin həllinə müəllim və valideyn arasındakı körpülərin bərpası ilə başlanılmalıdır: 

“Sosial şəbəkədə bir qisim valideyni günahkar bilir, bir qisim məktəbi. Ancaq unudurlar ki, müəllimlə valideyn arasındakı körpülər dağılıb. Problemin üstünə getməkdənsə problemdən qaçırlar. Guya adlarını psixoloq, metodist, pedaqoq qoyublar. Ancaq məsuliyyətlərini dərk etmirlər. 

Mən uşağımı məktəbə etibar edirəm. Mən uşağımın sosiallaşmasını istəyirəm. Məktəb tərbiyə verməyən müəssisə olsa idi, mən övladımı evdə saxlayardım, repetitor gətirərdim, adını da hansısa məktəbə yazdırardım. Deyirlər, müəllim tərbiyə vermir, tərbiyəni valideyn verir. Belədirsə, onda valideynlər hamısı getsin pedaqoq olsun”.

Mehman Muradlı həmçinin qeyd edib ki, təhsildə yaranan axsaqlıqda repetitorluqla məşğul olan müəllimlər də müəyyən rol oynayır: 

“Biz repetitorluqla müəllimliyi səhv salırıq. Bunun da ən böyük günahkarı yenə Elm və Təhsil Nazirliyidir, özəl liseylərdir, repetitorluqla məşğul olan müəllimlərdir. 

Orta məktəblərdə problem bir başqadır, özəl liseylərdə bir başqa. Orta məktəbdə özəl müəllim yanına hazırlığa getməyən uşağı gözümçıxdıya salırlar, özəl liseylərdə də valideyni aldatmaqla məşğuldurlar. Necə aldadırlar? Yaxşı qiymətlər yazırlar ki, guya uşaq yaxşı oxuyur. Özəl liseyə gedən uşaq sonuncu siniflərdə yenə repetitor yanına gedir. Elədirsə, bu qədər pulu niyə xərcləyirsən? Bunlar böyük məsələlərdir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR