Saat:19:35
Haqqımızda

““Şagirdlər arasında reketliyə meyllilik yaranıb” - NƏ ETMƏLİ?

2022-05-20 14:07:00

““Şagirdlər arasında reketliyə meyllilik yaranıb” - NƏ ETMƏLİ?

“Şagirdlər arasında reketliyə meyllilik yaranıb”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, son günlər məktəblərlə bağlı problemlər yenidən aktuallaşıb. Şagirdlərin bir-birinə olan aqressiv münasibətinin tez-tez şahidi oluruq. Vəziyyət o həddə çatıb ki, məktəblilərin öz aralarındakı zarafatları qanla nəticələnir.

Ötən gün Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə zarafata görə, 9-cu sinif şagirdi, özündən aşağı sinifdə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib. Məktəbin direktoru xəsarət yetirənin məktəbə pəncərədən daxil olduğunu bildirib.

Bu məsələ məktəblərdə nəzarət mexanizminin zəif olduğunu sübut edir.

Məzahir Məmmədlinin sözlərinə görə, şagirdlər bununla özlərini reklam etmək istəyirlər:

“Bu gün uşaqlar sosial şəbəkələrdə, saytlarda hər şeyi görürlər. Bundan sonra məktəbdə uşaqlar arasında özlərini reklam etmək meyilləri yaranır. Onlar bilirlər ki, bu kimi məsələlər tez yayılacaq.

Bakıətrafı qəsəbə və kəndlərdə fəaliyyət göstərən məktəblərdə bir növ reketizmə meyllilik var. Uşaqlar özlərini kriminal aləmin adamları kimi aparmağa can atırlar. Sosial şəbəkələrdə onların əməllərinin hallanması buna rəvac verir.

Bu mövzuda az yazmaq, məsələyə həssa yanaşmaq lazımdır. Onlardan yazdıqca, kriminal aləmə meylli olan uşaqlar nəticə çıxarmaq əvəzinə biraz da həvəslərini dərinləşdirirlər”.

Ekspert qeyd edib ki, məktəbə şagirdin soyuq silah gətirməsi təhsil sistemindəki nəzarətsizlikdən xəbər verir:

“Məktəbin hər qapısında bir nəfər xanım görəcəkiz. O xanımların hər gün uşaqları yoxlayıb içəri buraxmaq kimi imkanları yoxdur. Orada xüsusi cihazlar, turniketlər olsa, uşağın pəncərədən yoxsa, qapıdan daxil olması bəlli olar. Bununla şagirdin giriş-çıxış vaxtları da aydın olur”.

M.Məmmədli bu cür halların qarşısını almaq üçün ilk növbədə məktəbin giriş sistemini tənzimləməyin lazım olduğunu deyib:

“Nə qədər ki, avadanlıqlar qoyulmayacaq bu hallar olacaq. Özəl məktəblərdə belə hallar baş vermir. Çünki nizam-intizamı fərqlidir. Bu cür halların qarşısını almaq üçün ilk növbədə məktəbə giriş sistemini tənzimləməliyik.

Bununla yanaşı, çətin tərbiyə olunan uşaqları da internat məktəblərinə cəlb etməliyik”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR