Saat:15:12
Haqqımızda

Şagirdlər 2 ay məktəbə gəlmədi, yoxlamalara başlanıldı - Foto

2025-02-05 17:46:22

Şagirdlər 2 ay məktəbə gəlmədi, yoxlamalara başlanıldı - Foto

Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində kompleks yoxlamalara başlanılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

"Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şagird davamiyyətinin az olması ilə bağlı sosial şəbəkədə dərc olunan məlumata əsasən bildiririk ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində kompleks yoxlamalara başlanılıb. Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə Samux rayonu E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə davamiyyətin aşağı olduğu ilə bağlı məlumat yayılıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.230225