Saat:06:18
Haqqımızda

Şagirdini döyən müəllim DANIŞDI - "Məni o həddə çatdırdı ki..."

2022-05-20 17:11:00

Şagirdini döyən müəllim DANIŞDI -

Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Məktəbdə qeydə alınan videogörüntülərdə musiqi müəllimi Hüseynova Məhsəti Cəlilağa qızına aiddir. Videogörüntülərdən musiqi müəlliməsinin 8-ci sinif şagirdinə qarşı göstərdiyi şiddət cəmiyyət içində rezonans doğurub.

Hurriyyet.az xəbər verir ki, hadisə ilə bağlı Ednews-a açıqlama verən Məhsəti Hüseynova məsələyə aydınlıq gətirib.

"Əgər videoya diqqətlə baxsaz görərsiz ki, şagirdin başında papaq, ağzında saqqız oturub. Dəfələrlə həmin şagirdə sakit ol, papağını, saqqızını çıxar dedim. Sözümə qulaq asmadı. Mən də yaxınlaşıb ağzındakı saqqızı, başındakı papağı çıxartdım. Videoda da şagirdə şiddət tətbiq edirəm kimi görünüb. Əgər doğurdan da şiddət olsa sinifdəkilər gülməzdi. Şagirdin valideyni ilə də danışıb, başa saldım ki, bu görüntüləri yaymaq düzgün addım deyildi. Onlar da görüntülərin bu cür yayılmağına razı olmayıb. Düzdür, mənim ixtiyarım yoxdur şagirdə əl qaldırım. Amma o, öz hərəkətlrəi ilə məni o həddə çatdırdı. Müəllim daş deyil, divar deyil. O, şagird də çox nadinc uşaqdır. Özünün oxumamağı bir yana, öz hərəkətləri ilə dərsə çox mane olur".

Məhsəti Hüseynova həmçinin qeyd edib ki, o, bu görüntülərə görə direktor tərəfindən töhmət almayıb və etdiyi hərəkətinə görə heç bir izahat yazmayıb. O, şagirdin dərsə mane olduğunu, heç bir sözə əhəmiyyət vermədiyindən məcburən ona qarşı zorakı hərəkət etdiyini deyib.

Lakin psixoloqların fikrincə, şagirdə qarşı olan şiddətə heç nə haqq qazandırmır. Mütəxəsisslər qeyd edir ki, bir uşağın döyülməsi onun gələcəkdəki yaşam tərzinə, psixologiyasına öz təsirni göstərir. Tərbiyə və metodika qaydalarına görə isə, müəllmə bu hərəkətinə görə töhmət də verilə bilər.

Məhsəti müəllimədən fərqli olaraq, təhsil ocağının direktoru Məmmədov Əlyar ona artıq töhmət verildiyini bildirib.

"Hadisə dünən 6-cı baş verib. Müəllimin dəfələrlə xəbərdarlığına məhəl qoymayan şagird saqqızı ağzından çıxartmayıb. Müəllim də şagirdin başından papağı çıxarıb, ağzındakı saqqızı çıxarmaq üçün məcbur uşağın üzərinə gedib. Bununla əlaqədar olaraq müəllimin izahatı alınaraq ona töhmət verilib. Bizim səlahiyyətimizdə olan nə varsa etmişik. Həmin müəllim məktəbdə müqavilə əsasında çalışır. Müqavilənin müddəti iyunun 14-də bitir".

Bəs, videogörüntü məktəbdə necə lentə alınıb?

Görüntülərin yayılması şagirdlərin məktəbə telefon gətirdiyi mənasına gəlir. Yəni məktəbdə nəzarət bu qədər zəifdir? Ünvanladığımız bu suala direktor belə cavab verib.

"Biz 90 faiz uşaqlara nəzarət edə bilirik. Dərs başlayandan əvvəl şagirdlərdən telefon alınır dərs bitdikdən sonra isə geri qaytarılır. Amma elələri olur ki, heç biz bilmirik ki, o, məktəbə telefon gətirir. İnternet əsridir, şagirdlər də nəsə axtarır çəkib paylaşmağa".

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Ednews-a bildirib ki, baş verən hadisə ilə bağlı hazırda nazirlik tərəfindən araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR