Saat:06:03
Haqqımızda

Şagirdə əxlaqsız deyən müavini hansı cəza gözləyir?

2022-07-18 14:24:00

Şagirdə əxlaqsız deyən müavini hansı cəza gözləyir?

Rəsilə Əliyevanın 14 yaşlı uşağı “əxlaqsız” adlandırması şəxsi həyata müdaxilədir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Lənkəran şəhər icra başçısının müavini Rəsilə Əliyevanın 9-cu sinif şagirdi Aliyə Camalovanı barədə mediaya açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, R.Əliyeva mətbuata açıqlamasında həm istintaq sirrini yayıb, həm qız uşağını təhqir edib, həm də dövlət qulluqçusunun davranış qaydalarını pozub:

“Burada təhqir elementləri olduğu üçün cinayət tərkibi var. Onun əməlinə kompleks cinayət mühakimə qaydasında qiymət verilsə, o, vəzifəsindən azad edilə və cinayət məsuliyyətinə cəlb edilə bilər”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR