“Sağ qalmaq istəyirsinizsə, qaçmağın vaxtıdır” - Zelenski

2022-08-31 13:00:00

“Sağ qalmaq istəyirsinizsə, qaçmağın vaxtıdır” - Zelenski

6 aydan sonra müharibə yeni dövrə qədəm qoyub. Ukrayna dünəndən etibarən cənubda əks-hücumlara başlayıb. Rusiya mövqelərinə 220-dən çox raket və artilleriya zərbəsi endirən Ukrayna Rusiya itkilərini açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, fevralın 24-ü səhər saatlarında Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə can almaqda davam edir. Müharibənin ilk günündən etibarən ölkənin paytaxtı Kiyevi əsas hədəf seçən rus ordusu həftələrlə mühasirə və ardıcıl hücum cəhdlərindən sonra bölgədən geri çəkilərək istiqamətini ölkənin şərqinə çevirib. Bu kontekstdə Rusiya bölgənin bir çox şəhərini hədəfə alıb və "Donbasdakı son qala" kimi də tanınan Lisiçanskın nəzarətini təmin edib.

Bundan sonra Donetsk bölgəsində qarşıdurmalar şiddətlənərkən, dünəndən etibarən müharibə yeni mərhələyə qədəm qoyub.

Ukrayna qoşunları Xerson istiqamətində əks-hücuma keçib. Rusiyanın ilk müdafiə xəttini yardığını izah edən Ukrayna Rusiya ordusunun itkilərini açıqlayıb.

Newsweek-də çıxan xəbərə görə, Ukrayna ordusu Ukraynanın cənubunda əks-hücum çərçivəsində raket və artilleriya zərbələri endirdiyini və bu hücumlar nəticəsində 160-a yaxın rus əsgərinin öldüyünü açıqlayıb.

Ukraynanın Cənub Əməliyyat Komandanlığının (OCS) sözçüsü Vladislav Nazarov hücumlarda 159 Rusiya əsgərinin, 5 T-72 tankının, 3 Msta-B haubitsasının, 5 tank əleyhinə raket kompleksinin, bir S-300 yer-hava raketinin məhv edildiyini bildirib.

Zelenski isə Ukrayna əsgərlərinin Rusiya ordusunu sərhədə qədər izləyəcəyini bildirib və Rusiya əsgərlərinin hansı şəraitdə sağ qalacağını açıqlayıb. Rusiya əsgərlərinə xitabən Zelenski, “Əgər sağ qalmaq istəyirlərsə, qaçmağın vaxtıdır” deyib və təslim olmaq çağırışını təkrarlayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra Krımı geri alacağına söz verib.

Qeyd edək ki, Rusiya aylardır hərbi itkiləri açıqlamaq istəmir. Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib.

Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisi 498 olaraq açıqlanıb. O vaxtdan bəri bu məlumatlar heç vaxt yenilənməyib.

Rusiya hökuməti nadir hallarda silahlı qüvvələri tərəfindən ölənlərin sayı ilə bağlı yeniliklər təqdim etsə də, yerli hökumətlərin və qəzetlərin elanları döyüşlərdə 300-dən çox zabitin həlak olduğunu göstərir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064930