"SAFİYA BUTİK" müştərilərinin paltarlarını oğurlayır? - ŞOK İDDİA

2023-03-01 21:36:00

Sosial şəbəkələrdə "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "SAFİYA BUTİK" mağazasında paltar oğurluğu barədə iddialar səsləndirilib. Jurnalist Nuranə Abdullayeva sözügedən mağazada paltarının naməlum şəxs tərəfindən oğurlanması barədə iddialar səsləndirib. O bildirib ki, sözügedən mağazaya müştəri qismində daxil olub, əlindəki paketdə paltar olub, mağazadan seçdiyi paltarı alıb və bir neçə dəqiqəlik aldığı paltarı mağazaya qoymağı işçilərdən xaiş edib. Buna razı olan işçi jurnalistin ona əmanət olaraq təqdim etdiyi sumkanı yanına qoysa da müştəri özünə aid olan paketi geri alarkən qəribə hadisənin şahidi olub. Belə ki, aldığı paketdə mağaza işçisinə verdiyi paltar əvəzinə başqa paltar olduğunu görüb. Bunu görən N.Abdullayeva mağaza rəhbərliyinə etiraz etsə də heç bir nəticəsi olmayıb. Maraqlıdır, brend sayılan mağazada kamera görüntüsü yoxdur? Varsa, niyə müştəriyə təqdim edilməyib? Paketin içində olan paltar bir neçə dəqiqə ərzində necə dəyişdirilə bilər və kim dəyişə bilər?


Sözügedən yazını olduğu kimi təqdim edirik :
"Memar Əcəmi metrosunun yaxınlığında yerləşən "SAFİYA BUTİK" geyim maqazasında məsuliyyətsizlik baş alıb gedir.
5- gün öncə orada paltarım oğurlanıb, hələ də bilinmir ki, kassa tərəfdən paltarı kim oğurlayıb.
Təsəvvür edin ki, köynək almağa girdim və əlimdə də əlavə başqa bir maqazadan geyim almışdım.
Hə, nəsə girdim "SAFİYA BUTİK" - dən yeni bir atlaz köynək alım.
Köynəyi aldım və orada işləyən xanıma dedim ki, "xanım olar bu paketi 10 dəqiqəlik sizin yanınıza qoyum, kassa tərəfdən gəlib götürərəm.
Xanımda dedi ki, hə qoyun narahat olmayın.
Məndə düşündüm ki, kameralı böyük maqazadır, etibar etməyə dəyər.
Qayıdıram ki, paltarımı alım, baxıram ki, mənə başqa paltar verirlər, özü də köhnə geyinilmiş paltar, kimsənin artığını.
Deyirəm bu paltar mənim deyil, mənim paltarım yenidir, sizdən almışam.
Durub üzümə baxırlar.
Mənim bahalı qiymətə aldığım paltarlarımı maqazadan kim oğurladıbsa cavab verməlidir..."

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq...

"SAFİYA BUTİK" müştərilərinin paltarlarını oğurlayır? - ŞOK İDDİA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.227192