Saat:18:33
Haqqımızda

"Şadlıq saraylarında dərəbəylikdir, toyları monopoliya ediblər" — Nura

2025-04-15 00:15:35

"Dünyada belə şey yoxdur. Toyları da monopoliya ediblər. İnsanlar gedib toy danışır şadlıq evlərində, behi alandan sonra şərtlər ortaya çıxır. Müştəri müğənni istəyir, deyirlər ki, ancaq bizim siyahıdakı müğənnilər olmalıdır, dekor şirkəti ancaq bizim dediyimiz şirkət olmalıdır, video, foto, tort və sair ancaq öz işlədikləri şirkətlər ola bilər".
Bu sözləri tanınmış müğənni Nura Suri deyib.
O bildirib ki, şadlıq evləri özləri üçün qanunlar qoyublar:
"Başqa heç kəs həmin şadlıq sarayında işləyə bilməz. Bildiyiniz dərəbəylikdir. Bir yaxınım gedib toy danışmağa behi verib, gün götürüblər, indi şadlıq sarayı başlarına oyun açır. Bütün şadlıq saraylarında demək olar ki, vəziyyət belədir. Bu səbəbdən də bütün toylar eynidir. Dejavu yaşanır bütün toylarda". \\AZXEBER.COM 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000104