Sabunçuda ağır qəza: ölən var
2025-12-19 09:23:20
Bakı şəhərinin Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı deformasiyaya uğrayan avtomobildən sıxılı vəziyyətdə qalan bir nəfərin meyiti çıxarılıb.
Bu barədə Hurriyyet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəza yerinə nazirliyin xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Reno" markalı minik avtomobili aşıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
